Qabil Əliyev

Əliyev Qabil Adil oğlu 1987 ci il mart ayının iyirmi doqquzu Ağdam rayonu Seyidli kəndində anadan olub.1993 – cu ildə ailesi ile birlikde qaçqın düşmüş və Sumqayıt şəhərinə pənah gətirmişlər.Sumqayıt Özəl Türk liseyini bitirmiş və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin məzunudur.Hal hazırda Irəli İctimai Birliyində yapon dili müəllimi, ADIU – da Beynəlxalq Əlaqələr Söbəsində isleyir.

Advertisements

Orxan Muxtarlı

Orxan Muxtarlı 1988-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Təfəkkür Universitetinin Jurnalistika fakültəsini bitirib. Uşaq yaşlarından yaradıcılıqla məşğuldur. Yazdığı hekayələr “Məhsəti” jurnalında, “Dirili Qurbani” ədəbi məclisinin almanaxında, “Ulduz” jurnalında, İRƏLİ Press-də və s. mətbu orqanlarda çap olunmuşdur. “Məhsəti” jurnalında əməkdar incəsənət xadimi, şairə-dramaturq Kəmalə Ağayeva onun haqqında rəy yazmışdır. Prezident təqaütçüsüdür.AZTV-də hərbi vətənpərvərlik redaksiyasında redaktor olaraq çalışıb. Hal-hazırda İrəli Ədəbi Məclisinin sədri və Azərbaycan Yazçılar Birliyinin üzvüdür.

Nicat Qafuroğlu

Nicat Qafuroğlu 1984-cü ildə Kürdəmir rayonunda, ziyalı ailəsində anadan olub. 2005-ci ildə müsabiqə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinə işə qəbul olur. Sonra  “Carci” İnformasiya proqramının Böyük redaktoru olan Nicat 2009-cu ilin sonlarına kimi Bu proqramın aparıcısı işləyir.
2009-cu ilin dekabrından Azərbaycan Televiziyasında (AZTV) Hərbi vətənpərvərlik verilişlərnin redaktor vəzifəsində çalışıb. Biz pradakşının rəhbəri , hal-hazırda ultionis tammetrajlı filimin üzərində işləyir.

Mirbəhram Əzizbəyli

Mirbəhram Əzimbəyli Camal oğlu 18.02.1994 tarixində Bakı şəhərində anadan olub. 2011-ci ildə Türk Dünyası Bakı Atatürk liseyini bitirib. Həmin il Türkiyənin Orta Doğu Texnik Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinə daxil olub. 8 yaşından ədəbi yaradıcılığa başlayıb. İlk mətbuu əsəri olan “Qarabağ harayı” essesi “525-ci” qəzetdə işıq üzü görüb. Hal-hazırda iki kitab müəllifidir: “Bir çocuğun dünyasından səslər(2006), “Səssizliyin harayı”(2009). Gənc Ədiblər Məktəbinin məzunudur və Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvüdür. Azərbaycan Mədəniyyət və Turizm nazirliyi tərəfindən ədəbi yaradıcılıq fəaliyyətlərinə görə diplomla təltif olunub.(2010) Rəsul Rza adına Ədəbiyyat Fondu`nun “Ümid işığı” mükafatı laureatıdır(2010). Prezident təqaüdçüsüdür.(2011). Dövri-mətbuatda şeir, hekayə, esse və məqalələri ilə ardıcıl olaraq çıxış edir.

Mirağa Seyidli

Mirağa Seyidli1987 – ci ildə Naxçıvan şəhərində anadan olub. 2003-cü ildə məktəbi orda bitirib və Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuşub. 2007-2008 ci illərdə hərbi xidmətdə olub.

İlkin Seyidzadə

Seyidzadə İlkin 1992 – ci il, avqustun 5 – də anadan olub. Hal – hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyye fakultəsində təhsil alır.

Eldar Əmirov

Əmirov Eldar Qurban oğlu – 1985 – ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib bakalavr, 2009-cu ildə isə Kiyev Kadrların İdarə Edilməsi Akademiyasını Beynəlxalq münasibətlər ixtisası üzrə müvəffəqiyyətlə başa vuraraq magistr dərəcəsi almışdır. 2005-ci ildə Bakıda çap olunmuş “Tarixin fəlsəfəsinə dair bəzi düşüncələr” adlı kitabın, eyni zamanda Azərbaycanda və Ukraynada tarix, həmçinin etnik münasibətlər mövzusunda nəşr edilmiş bir sıra məqalələrin müəllifidir.

Çingiz Mehbalıyev

Çingiz Mehbaliyev 1986 – cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2004-cu ildə Binəqədi rayonundakı 283 nömrəli məktəbi əla qiymətlərlə bitirərək BDU – da beynəlxalq hüquq üzrə ali təhsil alıb. Bakalavr pilləsini fərqlənmə ilə bitirərən Çingiz Mehbaliyev hal-hazırda həmin ixtisasda magistratura pilləsində təhsil alır.

Cavid Zeynallı

Cavid Zeynallı 1986 – cı ildə Cəlilabad şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin nəsr nominasiyası üzrə qalibi olub. 2001-ci ildə Gənclər və İdman Nazirliyinin “gənclər mükafatı”na layiq görülüb. 2010-cu ildə “Günəşi gözləyənlər” romanı işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

Aqşin Evrən

Aqşin Evrən (Səfərov Aqşin Elşən oğlu) 1990 – cı ildə Şirvan şəhərində anadan olub. Yaradıcılığa orta məktəb vaxtlarından başlayıb. Müxtəlif şeirlərlə yanaşı, bir sıra hekayə və esselərin müəllifidir. Hal-hazırda “İlahi Şifrələr” adlı roman üzərində işləyir. Fəlsəfi mühakimələrin də yer aldığı roman dini – irqi ayrı – seçkilikdən və Azərbaycan masonluğunun fəaliyyətindən bəhs edir.